...

ARDNŞ ilin sonuna Xəzərdə neft-qaz yatağında yeni platformanın inşasını başa çatdıracaq

Energetika Materials 4 Sentyabr 2009 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilin sonuna "Neft daşları" neft-qaz yatağında yeni tikilən "Neft daşları-2521" platformasında ilk quyuların qazılmasına başlamağı planlaşdırılır. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə deyib.

"Hazırda platformanın tikintisi davam etdirilir, xüsusən də platformanın yuxarı hissəsinin və avadanlıqların quraşdırılması üzrə iş aparılır. Əlverişli hava şəraiti olsa, bu platformada tikinti işləri və qazma işlərinin başlaması ilin sonuna planlaşdırılır", - mənbə deyib.

Mənbədən deyildiyi kimi, yataqda yeni quyuların qazıntısı, yeni platformaların inşası bu iri yataqda hasilatın həcminin artırılması və saxlanması məqsədi ilə edilir.

Platforma suyun 18,5 metr dərinliyində quraşdırılacaq. Platforma bloklarının hündürlüyü 27 metrdir. Platformada 12 quyunun qazılması planlaşdırılır. Bu nöqtədə böyük neft ehtiyatlarının olması ilə platformada əlavə olaraq daha 14 quyu qazıla bilər.

"Neft daşları" yatağının ehtiyatı əhəmiyyətli dərəcədə işlənilib. Yatağı ARDNŞ müstəqil işlədir.

Platformaların inşası və yeni quyuların qazılması Azərbaycan Prezidentinin "Neft Daşları" Neft-qaz Çıxarma İdarəsinin hasilatının həcminin 812 min ton neftdən 1,2 milyon tonadək (1,5 dəfə) artırılması barədə sərəncamı çərçivəsində həyata keçirilir. ARDNŞ-nin geoloqlarının qiymətləndirməsinə görə, "Neft daşları" yatağında qalan neftin həcmi 30 milyon tondur. Yataqda neft hasilatının artırılması üçün 2010-cu ilədək ARDNŞ 78 yeni quyu qazacaq. İlk növbədə isə yeni platforma ehtiyatı xeyli işlənilən yataqda neft hasilatının sabit həcminin saxlanması üçün lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti