...

ARDNŞ prezidenti Qazaxıstanın enerji forumunda iştirak edəcək

Energetika Materials 7 Sentyabr 2009 17:36 (UTC +04:00)
ARDNŞ prezidenti Qazaxıstanın enerji forumunda iştirak edəcək

Qazaxıstan, Astana, 07 sentyabr / Trend , müxbir N.Konırova /

ARDNŞ prezidenti Rövnəq Abdullayev dördüncü KAZENERGY Avrasiya enerji forumunun işində iştirak edəcəyini təsdiqləyib. Bu barədə bazar ertəsi Astanada KAZENERGY assosiasiyası sədrinin köməkçisi Meruert Baffin mətbuat konfransında deyib.

Baffinin dediyinə görə, ABŞ-ın vitse-prezidenti Riçard Çeyni (hazırda Amerika Sahibkarlar İnstitutunun Qəyyumluq Şurasının üzvü) və Almaniyanın keçmiş kansleri Gerhard Şreyder də (Nord Stream AG Direktorlar Şurasının üzvü) forumun işində iştirak edəcəklərini təsdiqləyiblər.

Astanada Trend -ın xüsusi müxbirinin sualını cavablandıran Baffin deyib ki, Şreyderin və Çeyninin forumun işində iştirakı tədbirin yüksək nüfuza sahib olmasının göstəricisidir, həmçinin kontinental miqyasda iri dialoq meydanı qismində qəbul edilməsidir.

Xarici spikerlər qismində - Tailandın enerji naziri Uannarat Çannukul, Ümumdünya Neft Şurasının prezidenti Randal Qossen, "Qazprom" idarəsinin sədri Aleksey Miller, Ümumdünya Enerji Şurasının, Avropa Yenidənqurma və İnkişaf bankının, o cümlədən Chevron, Exxon Mobil, Royal Dutch Shell, BG Group, ConocoPhillips neft-qaz şirkətlərinin, iri investisiya şirkətlərinin, JP Morgan Plc, HSBC Bank Plc, Platts qiymət agentliklərinin və digər təşkilatların sədr və nümayəndələridir.

Bundan əlavə, 2009-cu il 21-26 sentyabrda Astananın İstiqlaliyyət sarayında keçiriləcək dördüncü Kazakhstan Energy Week Qazaxıstan enerji həftəsi çərçivəsində bu ölkənin neft-qaz sahəsində olan ən yaxşı şirkətlərə və mütəxəssislərə "Qızıl Prometey" mükafatının təqdim edilməsi mərasimi və neft sərgisinin keçirilməsi planlaşdırılır. Həmçinin həftə ərzində energetika kompleksinin əsas mövzuları üzrə məqsədli konfransların, "dəyrimi masa" iclaslarının və təqdimatların keçirilməsi nəzərdə tutulub.

Layihənin əsas təsisçisi Qazaxıstanın neft-qaz və enerji kompleksi təşkilatları assosiasiyası KAZENERGY, təşkilatçısı isə Qazaxıstanın sərgi şirkəti Expo.kz-dir. Həftəyə Qazaxıstan respublikasının Enerji və Mineral Resurslar Nazirliyi rəsmi dəstək verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti