...

Xəzər Avropanın qaza olan tələbatının 5 faizini təmin edəcək - Aİ-nin energetika üzrə komissarı

Energetika Materials 15 Sentyabr 2009 11:43 (UTC +04:00)
Cənub dəhlizi layihəsi 2020-ci ilə kimi Avropanın qaza olan tələbatının 10 faizini təmin edəcək, bu barədə çərşənbə axşamı Bakıda keçirilən konfransda Aİ-nin energetika üzrə komissarı Andris Piebalqs bildirib.
Xəzər Avropanın qaza olan tələbatının 5 faizini təmin edəcək - Aİ-nin energetika üzrə komissarı

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir A.Bədəlova /

Cənub dəhlizi layihəsi 2020-ci ilə kimi Avropanın qaza olan tələbatının 10 faizini təmin edəcək, bu barədə çərşənbə axşamı Bakıda keçirilən konfransda Aİ-nin energetika üzrə komissarı Andris Piebalqs bildirib.

Onun sözlərinə əsasən, bu həcmin beş faizi Xəzər regionu hesabına təmin edilə bilər.

"Cənub dəhlizi Avropa ölkələrinə enerji tədarükü marşrutlarının diversifikasiyası nöqteyi-nəzərindən çox vacibdir. Biz ümid edirik ki, Azərbaycan, Qazaxıstan və Türkmənistan diversifikasiya siyasətini davam edəcək", - Avropa komissarı bildirib.

Piebalqsın sözlərinə əsasən, Rusiya Avropa İttifaqına qaz tədarükçüsü qismində böyük rol oynamaqda davam edəcək və 2020-ci ilə kimi Rusiya yanacağının Avropa ölkələrinə tədarükü 30-35 faiz təşkil edəcək.

Piebalqsın sözlərinə əsasən, Avropa ilbəil xarici tədarüklərdən daha da asılı olur. 2013-cü ildə bu asılılıq hazırkı 50 faizdən 70 faizə kimi arta bilər, 2020-ci ilə kimi isə 90 faizədək arta bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti