...

Aİ Xəzər regionu qazının Avropaya tədarükü layihəsinə vəsait ayırmağa hazırdır - Aİ-nin energetika üzrə komissarı

Energetika Materials 15 Sentyabr 2009 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir S.Əliyev /

Avropa İttifaqı Xəzər regionundan Avropaya qaz tədarükü layihələrinin həyata keçirilməsi üçün vəsait ayırmağa hazırdır, bu barədə çərşənbə axşamı Bakıda ARDNŞ-in preizdenti Rövnəq Abdullayevlə birgə keçirilən mətbuat brifinqində Aİ-nin energetika üzrə komissarı Andris Piebalqs bildirib.

Onun sözlərinə əsasən, Aİ-nin hazırlığı həmçinin Nabukko-ya da şamil edilir. Nabukko üçün vəsait Avropa Komissiyası tərəfindən, həmçinin Avropa İnvestisiya Bankı tərəfindən kredit qismində ayrılacaq.

"Hazırda əsasən kommersiya məsələləri müzakirə edilir", - Piebalqs bildirib.

ARDNŞ-in preizdenti Abdullayev də qeyd edib ki, hazırda Nabukko layihəsi çərçivəsində əsasən kommersiya məsələləri müzakirə edilir.

Dəyəri 7,9 mlrd. avro olan Nabukko kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti