...

İran Azərbaycandan bir neçə milyard kubmetr qaz alacaq - səfir

Energetika Materials 15 Sentyabr 2009 13:48 (UTC +04:00)
İran Azərbaycandan hər il beş milyard kubmetr qaz alacaq. İranın Azərbaycandakı səfirinin sözlərinə əsasən, bu barədə razılıq artıq əldə olunub.

İran Azərbaycandan hər il beş milyard kubmetr qaz alacaq. İranın Azərbaycandakı səfirinin sözlərinə əsasən, bu barədə razılıq artıq əldə olunub.

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana Ramazan ayından sonra səfəri zamanı bu məsələ müzakirə ediləcək ", - çərşənbə axşamı mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib.

Onun sözlərinə əsasən, neft-qaz sektoru nümayəndələrinin Azərbaycana səfər zamanı qazın alınması üzrə danışıqlar davam etdiriləcək. Bəhrami neft-qaz sektoru nümayəndələrinin səfərinin vaxtını açıqlamayıb.

İranın Milli Şirkəti "Şah Dəniz" qaz yatağının işlənməsi üzrə layihədə 10 faiz payla iştirak edir. "Şah Dəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz

Xəbər lenti

Xəbər lenti