...

"Nabukko" layihəsinin startı Türkmənistansız mümkündür – energetika üzrə Aİ komissarı

Energetika Materials 15 Sentyabr 2009 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir N.İsmayılova /

"Nabukko" qaz kəməri layihəsi Türkmənistan olmadan başlaya bilər. Bu barədə çərşənbə axşamı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Andris Piebalqs deyib.

"Türkmənistanı "Nabukko"-nun tədarükçülərindən biri kimi görürük, lakin bu, ölkəni 10-15 milyard kubmetr qaz ayırmaq niyyətini bildirməyə məcbur etmir", - Bakıda olan Piebalqs deyib.

Onun sözlərinə görə, axırda Türkmənistan layihəyə qoşula bilər, lakin onun başlaması bu ölkə olmadan da mümkündür.

Piebalqsın dediyi kimi, bu gün "Nabukko" layihəsi üçün əsas resurs bazası kimi "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi layihəsi nəzərdən keçirilir.

Dəyəri 7,9 mlrd. dollar avro olan "Nabukko" qaz kəməri qazın Xəzər regionundan Aİ ölkələrinə tədarükünü nəzərdə tutur. Qaz kəmərinin inşasına 2011-ci ildə, ilkin ixracata isə 2014-cü ildə başlamaq planlaşdırılır. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Layihənin iştirakçıları OMV Gas GmbH (Аvstriya), Botaş (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE-dir (Almaniya).

Piebalqsın dediyi kimi, bütün ölkələr üçün tariflər hələ işlənməyib.

"Sxemi hazırlamışıq. Sxem üzrə tariflər müəyyənləşdiriləcək, lakin rəqəmlər razılaşdırılmalıdır. Burada maraqlarda müəyyən fərq yaranır. Odur ki, bu proses hələ gedir və ilin sonuna həll ediləcək", - Piebalqs deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti