...

Azərbaycanda neft-qaz hasilatı artıb

Energetika Materials 16 Sentyabr 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend /

Azərbaycanda yanvar-avqust aylarında 33,5 milyon ton neft və kondensat hasil edilib ki, bu da 2008-ci ildəki analoji göstəricidən 6,3 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat verib.

Neft hasilatının əsas həcmi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb. Şirkət "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan və "Şahdəniz" qaz-kondensat yatağından 27,8 milyon ton neft və qaz-kondensat çıxarıb. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 8 faiz çoxdur.

Yanvar-avqustda Azərbaycanda qaz hasilatı təxminən 15,7 milyard kubmetr təşkil edib ki, bu da 2008-ci ildəkindən 0,6 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" (səmt qazı) və "Şahdəniz" yatağına təxminən 6,9 milyard kubmetr qaz düşüb ki, bu da ötən ilin müvafiq göstəricisindən 23 faiz çoxdur.

2009-cu ilin yanvar-avqustunda Azərbaycanda təxminən 12,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, 2008-ci ilin müvafiq dövründə istehsal edilmiş elektrik enerjisindən 10,4 faiz azdır.

Xəbər lenti

Xəbər lenti