Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir E.İsmayılov /
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) özünə məxsus Kulevi Qara dəniz neft terminalını (Gürcüstan) neft qəbuluna hazırlayır, ARDNŞ-in yüksək vəzifəli nümayəndəsi deyib. Hazırda terminal yalnız neft məhsulları qəbul edir.
"Hələki terminal vasitəsilə neft məhsulları daşınır, lakin terminalı xam neft qəbuluna hazırlayırıq", - şirkət nümayəndəsi deyib.
Bir müddət əvvəl deyildiyi kimi, terminala böyük tutumlu tankerlərin daxil olmasının təmin edilməsi məqsədilə aparılan dibin dərinləşdirilməsi işləri artıq yekunlaşdırılıb.
Tengiz yatağından çıxarılan Qazaxıstan neftinin terminal vasitəsilə daşınmasına başlanması terminalın iri tutumlu gəmiləri qəbul etmək imkanından asılıdır. Tengiz yatağının işlənməsi ilə "TengizŞevroyl" Qazaxıstan-Amerika birgə müəssisəsi məşğul olur.
ARDNŞ nümayəndəsinin dediyi kimi, şirkət Qazaxıstana Kulevi neft terminalının imkanlarını təqdim etməyə hazırdır.
Bir müddət əvvəl terminaldan deyildiyi kimi, Kulevi neft terminalı vasitəsilə Tengiz neftinin daşınmasına başlanması üçün danışıqlar davam etdirilir.
Bu il Azərbaycan ərazisi vasitəsilə təxminən 5 milyon ton Qazaxıstan neftinin daşınması planlaşdırılır. Ondan üç milyon tondan çoxu Tengiz neftinin payına düşür, bir müddət əvvəl Bakıda Qazaxıstanın "QazMunayQaz" şirkətinin direktoru Kairgəldi Kabıldin deyib.
Amerikanın ChevronTexaco şirkəti 2008-ci ildə Tengiz neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə daşınmasına başlayıb. Müqavilənin şərtlərinə əsasən, Tengiz nefti BTC və dəmir yolu ilə Gürcüstan limanlarınadək (Kulevi və Batumi) limanlarınadək daşınır.
Gürcüstanın Qara dəniz limanlarından Kulevinin sahibi ARDNŞ, Batuminin sahibi isə "QazMunayQaz"dır.
"Hazırda ARDNŞ Çili, Ekvador, ABŞ-ın qərb sahillərinə, eləcə də İtaliya, Fransa, İspaniya kimi Avropa ölkələrinə neft tədarük edir, Azərbaycan neftinin əsas həcmini Almaniya əldə edir", - ARDNŞ-in yüksək vəzifəli nümayəndəsi deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]