Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir E.İsmayılov /
Sentyabrın 24-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $66,43/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən $2,47/barel azalıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft Qazaxıstan növü ilə qarışdırılaraq "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırılır.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də $65,63/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,47/barel aşağıdır.
Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 24-də $63,49/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,51/barel azdır.
Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti sentyabrın 24-də $64,9/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $2,43/barel aşağıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]