Azərbaycan, Bakı, 06 oktyabr / Trend /
ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi Bakı şəhərinin qaz istehlakına görə borclu olan üç mindən çox abunəçisinə qaz verilişini dayandırıb, bu barədə ARDNŞ-ın məlumatında deyilir.
"Azəriqaz" İB əvvəlcədən xəbərdarlıq etmişdi ki, abunəçilər qaz istehlakına görə öz borclarını Bakı şəhərinin qaz istismarı idarəsinə sentyabrın 30-na kimi ödəməlidirlər.