...

"Nabukko" konsorsiumu beynəlxalq maliyyə institutları ilə danışıqlara başlayıb

Energetika Materials 22 Oktyabr 2009 18:36 (UTC +04:00)
"Nabukko" konsiorsiumu Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın nəql edilməsi üçün nəzərdə tutulan qaz kəmərlərinin tikilməsi layihəsinin maliyyələşmə imkanlarına dair beynəlxalq maliyyə institutları ilə danışıqlara başlayıb. Konsorsiumun icraçı direktoru Reynhard Mitçek deyib ki, Avropa İnvestisiya Bankı və AYİB-lə danışıqlara başlanılıb.
"Nabukko" konsorsiumu beynəlxalq maliyyə institutları ilə danışıqlara başlayıb

Azərbaycan, Bakı, 22 oktyabr / Trend /

"Nabukko" konsiorsiumu Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın nəql edilməsi üçün nəzərdə tutulan qaz kəmərlərinin tikilməsi layihəsinin maliyyələşmə imkanlarına dair beynəlxalq maliyyə institutları ilə danışıqlara başlayıb. Konsorsiumun icraçı direktoru Reynhard Mitçek deyib ki, Avropa İnvestisiya Bankı və AYİB-lə danışıqlara başlanılıb. Bu məsələnin BMK ilə də müzakirə ediləcəyi gözlənilir. Bu barədə "Nabukko" layihəsinin Azərbaycanda rəsmi tərəfdaşı olan Action Global Communications Ltd-Azerbaijan şirkətindən cümə günü yayılan məlumatda deyilir.

Onun sözlərinə görə, danışıqlar əsasən maliyə parametrlərinin və "digər mühüm layihə qərarlarının" müəyyən edilməsinə yönəldilib. Danışıqların bir məqsədi də cari danışıqların layihənin ekoloji və sosial təsirinin qiymətləndirilməsi barədə kreditorları məlumatlandırmaq və bu işlərin kreditorların tələblərinə müvafiq olaraq yerinə yetirildiyinə zəmanət verməkdir.

7,9 miyard avro dəyərində olan "Nabukko" qaz kəməri layihəsinin həyata keçirilməsi üçün maliyyə institutlarının, ixrac kredit təşkilatlarının və kommersiya banklarının vəsaitlərinə ehtiyac duyulur. Bundan əlavə, fərdi kapital layihə çərçivəsində olan altı tərəfdaş ölkə tərəfindən təmin ediləcək.

"Biz ümid edirik ki, fərdi kreditorlar tərəfindən maliyyələşmə imkanları müəyyən ediləcək", - Mitçek deyib.

"Nabukko" başçısı hesab edir ki, əvvəllər kreditorların layihəyə cəlb edilməsi onun həyata keçirilməsinin ən mühüm faktorlarından olub.

Bu məqsədlə "Nabukko" zəmanət və istiqrazların təmin edilməsi vasitəsilə Avropa, ABŞ və Yaponiyanın bir sıra ixrac kredit təşkilatları ilə əlaqələri yoluna qoyub", - Mitçek deyib.

"Nabukko" qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti