...

Azərbaycan Gürcüstana qaz tədarükünü artıracaq

Energetika Materials 27 Oktyabr 2009 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana qaz tədarükünü hazırkı 1,5 milyon kubmetrə nisbətdə 2 milyon kubmetrədək artırmaq niyyətindədir. Bu barədə çərşənbə axşamı hökümətdən məlumat verilib.

Hazırda Azərbaycandan Gürcüstana təxminən 2,5 milyon kubmetr qaz ixrac edilir. ARDNŞ bu həcmin bir milyon kubmetrini "Şahdəniz" yatağından Canubi Qafqaz qaz boru kəməri, 1,5 milyon kubmetrini isə öz boru kəməri vasitəsilə çatdırır.

ARDNŞ 2008-ci ilin yanvar-sentyabr aylarında 209 milyon kubmetrdən çox qaz ixracına nisbətdə bu ilin yanvar-sentyabr aylarında təxminən 708,3 milyon kubmetr qaz ixrac edib.

Sentyabrda ARDNŞ Gürcüstana təxminən 63 milyon kubmetr qaz ixrac edib.

Gürcüstana qaz tədarükü 2008-ci ilin aprelindən başlayıb. 2008-ci il ərzində bu ölkəyə təxminən 788,93 milyon kubmetr yanacaq ixrac olunub.

Ötən ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında imzalanmış müqavilə 2009-cu ildən etibarən növbəti 5 il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin aktivliyinə imkan verir. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün törəmə müəssisələr yaradacaq. Həmin müəssisələr isə Gürcüstan hökuməti tərəfindən müəyyən edilən istehlakçı qruplarını qaz ilə təchiz edəcək.

Bundan başqa, ARDNŞ-nin Gürcüstanda təxminən 30 qazpaylayıcı şəbəkəsi var.

Xəbər lenti

Xəbər lenti