...

Türkmənistan Rusiyadan iritonlu neftdaşıyan tanker alıb

Energetika Materials 28 Oktyabr 2009 20:44 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 28 oktyabr / Trend , müxbir H.Həsənov/

Rusiyanın iri gəmiqayırma müəssisəsi olan "Qırmızı Sarmova" bu gün Türkmənbaşı dəniz limanı üçün nəzərdə tutulmuş "Hazar" adlı neftdaşıyan tankeri təhvil verib. Tanker "çay-dəniz" tiplidir.

"Türkməndənizyolları" ilə bağlanan müqavilə əsasında neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş 7 tonluq 2 tankerin inşası üzrə iki sifariş də yerinə yetirilib.

Layihənin maliyyələşməsi İslam İnkişaf Bankından ayrılan 31 milyon dollarlıq kreditin hesabına həyata keçirilib.

Tankerlər ekoloji təhlükəsizlik normalarına cavab verən yeni texniki vasitə və avadanlıqlarla təchiz edilib, eyni zamanda, altı növ neft nəhsulunu daşımaq imkanına malikdir.

Dəniz donanmasının iritonlu gəmilərin hesabına formalaşdırılması Türkmənistanın ticarət marşrutları şəbəkəsini genişləndirməyə imkan verir və beynəlxalq qarşılıqlı səmərəli əməkdaşlığı inkişaf etdirməyə yardım edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti