Azərbaycan, Bakı, 30 oktyabr / Trend /
Sentyabr-oktyabr ayları ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi texniki tədbirlər sayəsində Azərbaycanın 9 rayonunda yaşayan 1500-dən artıq abunəçini qazla təmin edib. Bu barədə ARDNŞ-dən cümə günü yayılan məlumatda deyilir.
Məlumata görə, bu günlərdə Tovuz rayonunun Yanıqlı və İsmayıllı rayonunun Qalıncaq kəndlərinin, həmçinin uzun müddət qazla təmin edilməyən Qəbələ rayonunun Zalam kəndinin qaza olan tələbatının ödənilməsi məqsədilə təmir-tikinti işləri başa çatdırılıb.