...

Xəzər regionu enerji təhlükəsizliyi baxımından mühüm region olaraq qalır - Azərbaycan XİN rəhbərinin müavini

Energetika Materials 4 Noyabr 2009 16:31 (UTC +04:00)
Xəzər regionu enerji təhlükəsizliyi baxımından mühüm region olaraq qalır. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Aşqabadda bildirib.
Xəzər regionu enerji təhlükəsizliyi baxımından mühüm region olaraq qalır - Azərbaycan XİN rəhbərinin müavini

Xəzər regionu enerji təhlükəsizliyi baxımından mühüm region olaraq qalır. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Aşqabadda bildirib.

Türkmənistan paytaxtında Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə işçi qrupunun növbəti iclası keçirilir. İclasda Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistandan olan nümayəndələr iştirak edirlər.

"Xəzər regionu enerji təhlükəsizliyi baxımından energetika sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, nəqliyyat kommunikasiyası sahəsi, eləcə də region dövlətləri arasında, ilk növbədə Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlıq nöqteyi-nəzərindən mühüm region oaraq qalır", - Xələfov iclasın açılışında deyib.

Azərbaycan və Türkmənistan Aİ-də "Nabukko" qaz kəməri layihəsi üçün potensial tədarükçü qismində nəzərdə tutulur.

Xələfov vurğulayıb ki, Azərbaycan bütün məsələlərin diplomatik vasitələrlə həllinin tərəfdarıdır. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu yaxınlarda bildirmişdi ki, onun fikrincə, "diplomatik resurslar hələ tükənməyib" və kompramis üçün variant var.

Türkmənistan başçısının fikrincə, "Xəzərdə səmərəli beynəlxalq əməkdaşlıq üçün qüsursuz şəraitin yaradılmasına görə baza sənədini - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasını hazırlamaq lazımdır.

Aşqabaddakı danışıqlara yaxın olan mənbənin sözlərinə görə, Xələfov qeyd edib ki, regionda investisiya mühiti inkişaf edir, nəqliyyat-kommunikasiya sistemi formalaşır, Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlıq genişlənir.

Xəbər lenti

Xəbər lenti