...

ARDNŞ yanvar-oktyabrda 140 min metrdən artıq qazma işləri aparıb

Energetika Materials 6 Noyabr 2009 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr / Trend /

2009-cu ilin yanvar-oktyabr ayları ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla, 142 665 metr qazma işləri aparıb. Ötən ilin müvafiq dövründə bu göstərici 172 570 metr təşkil edib. Bu barədə şirkətin məlumatında deyilir.

Şirkət oktyabrda 11 084 metrlik qazma işləri aparıb, otən ilin oktyabr ayında bu göstərici 15 914 metr olub.

Bu il aparılan qazma işlərinin ümumi həcminin 137 106 metri istismar, 5 559 metri isə kəşfiyyat qazmalarının payına düşür.

Xəbər lenti

Xəbər lenti