...

Azərbaycanda ARDNŞ brendi altında YDS-lərin inşası davam edir

Energetika Materials 9 Noyabr 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ ilin sonunadək şəxsi brendi altında bir neçə yanacaqdoldurma stansiyasını (YDS) istismara verməyi planlaşdırır. Bu barədə ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi deyib.

"YDS-lərin inşası normal şəkildə davam edir. Hazırda 9 stansiya tikilir. Düşünürəm ki, bu ilin sonunadək onlardan bir neçəsi istismara veriıəcək", - ARDNŞ nümayəndəsi deyib.

İlkin mərhələdə 26 YDS-iın açılması planlaşdırılır, gələcəkdə ümumi inkişaf nəzərə alınaraq onların sayı artırılacaq.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, artıq bütün YDS-lərin tikiləcəyi yerlər dəqiq müəyyən edilib və texniki, həmçinin rəsmiləşdirmə ilə bağlı məsələlər həll edilir.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bir müddət əvvəl Astanada demişdi ki, Azərbaycanda inşa edilən 26 YDS gələn ilin mayında başa çatacaq.

Layihənin həyata keçirilməsi üçün SOCAR Petrolium (ARDNŞ və AP Petrolium) birgə müəssisəsi yaradılıb. 51 faiz iştirak payı ARDNŞ-yə, qalanı isə A.P. International LLC şirkətinə məxsusdur. ARDNŞ tərəfindən qoyulan nizamnamə kapitalı 10 milyon dollar təşkil edir. BM Azərbaycanda distribüter fəaliyyəti ilə məşğul olacaq.

Hazırda ARDNŞ-nin Gürcüstanda 25 YDS şəbəkəsi var. Yaxın illərdə onların sayının artırılaraq 60-a çatdırılacağı nəzərdə tutulur.

Hazırda şirkət məcmu illik istehsal gücü 20 milyon ton olan iki şəxsi NEZ-də neft emal edir. Hər il NEZ-lərdə ARDNŞ-nin 6-7 milyon ton nefti emal edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti