...

ARDNŞ Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını artırıb

Energetika Materials 10 Noyabr 2009 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend /

ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə təxminən 20,5 milyon ton Azərbaycan nefti ixrac edib. Bu, ümumilikdə 2008-ci ildə ixrac edilən neft həcmlərinə bərabərdir, MİƏİ-nin məlumatında deyilir.

2007-ci ildə MİƏİ bu neft kəməri ilə 6,5 milyon tondan çox neft ixrac edib.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi 4 mlrd. dollara başa gəlib. Bu, tikinti işləri, boru kəmərinin doldurulmasına çəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 mlrd. dollar təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Xəbər lenti

Xəbər lenti