...

Xəzəryanı dövlətlər Xəzərin hüquqi statusuna dair Konvensiyanın tez bir zamanda hazırlanmasının tərəfdarıdırlar

Energetika Materials 16 Noyabr 2009 15:14 (UTC +04:00)
Xəzəryanı dövlətlərin beşi də - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin yekun mətninin razılaşdırılmasının tez bir zamanda tamamlanmasının tərəfdarıdır.
Xəzəryanı dövlətlər Xəzərin hüquqi statusuna dair Konvensiyanın tez bir zamanda hazırlanmasının tərəfdarıdırlar

Türkmənistan, Aşqabad, 16 noyabr / Trend , müxbir H.Həsənov/

Xəzəryanı dövlətlərin beşi də - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin yekun mətninin razılaşdırılmasının tez bir zamanda tamamlanmasının tərəfdarıdır.

Hazırkı sənəd Xəzər regionu ölkələrinin qarşılıqlı münasibətlərində etibarlı hüquq aləti olması üçün nəzərdə tutulub, bu barədə Türkmənistan KİV-lərinin bu yaxınlarda Aşqabadda keçirilən xarici işlər nazirlərinin müavinləri səviyyəsində Konvensiyanın işlənməsi üzrə xüsusi işçi qrupunun növbəti, 26-cı iclasının yekunları üzrə şərhlərində deyilir.

Tərəflər bu vacib məsələ üzrə qarşılıqlı qəbul oluna bilən həllə nail olunması üzrə ümumi səy göstərdiklərini bildirib, mövqelərin yaxınlaşmasını və Konvensiya layihəsinin ayrıca maddələrinin razılaşdırıldığını qeyd ediblər, Türkmən Dövlət Xəbərləri qeyd edir.

Konvensiya Bakıda planlaşdırılan regionun dövlət başçıları səviyyəsində Xəzəryanı sammitə kimi hazırlanır.

"Neytral Türkmənistan" qəzetində deyilir ki, danışıq prosesi iştirakçılarının unikal təbii gölün mühafizəsi, zəngin resurslarının rasional istifadəsi naminə Xəzər məsələsi ilə bağlı nikbin həll yolu tapmaları vacibdir. Razılaşdırılmayan məqamlara baxmayaraq, Aşqabad görüşünün iştirakçıları qeyd ediblər ki, bütün sahilyanı dövlətlərin səylərinin birləşdirilməsi lazımdır.

Türkmənistan paytaxtında tez bir zamanda həll olunmalı komlpleks məsələlər müzakirə edilib. Bu məsələlər arasında nəqliyyat kommunikasiyalarının inkişafı, dənizdə təhlükəsizliyin təmin edilməsi və əlbəttə ki, Xəzərin ekoloji vəziyyəti, o cümlədən dənizin bioloji resurslarının qorunması və b. yer alır.

Tərəflər həmçinin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda məsləhətləşmələrin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Xüsusi işçi qrupun növbəti, 27-ci iclası növbəti ilin birinci rübündə İran İslam Respublikasının paytaxtı Tehranda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti