...

"Şahdəniz" yatağında qaz hasilatı artıb

Energetika Materials 26 Noyabr 2009 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend /

Hazırda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağındakı dörd quyudan gündəlik qaz hasilatı ötən aydakı 16-17 milyon kubmetr qaza nisbətdə təxminən 20 milyon kubmetr qaz təşkil edir. Bu barədə cümə axşamı neft-qaz bazarındakı mənbəi deyib.

"İstismarda olan dörd quyunun qaz hasilatı hazırda 20 milyon kubmetr qaza çatıb", - mənbə deyib.

Mənbədən deyildiyi kimi, hasilatın həcminin artırılması bilavasitə hava şəraitinin pisləşməsi nəticəsində istehlakın artması ilə əlaqədardır. İstehlakın artımı ilə yataqda qaz hasilatı da artırılacaq. Bu, hətta hazırda yataqdakı beş hasilat quyusundan birinin qeyri-işlək vəziyyətdə olmasından asılı olmayaraq da mümkündür.

"Şahdəniz" yatağındakı hasilatın bu ilə olan proqnozu 7,2 milyard kubmetr təşkil edir, bir müddət əvvəl BP (layihənin operatotu) hasilatı 7,7 milyard kubmetr səviyyəsində proqnozlaşdırmışdı. Hasilatın ən yuksək səviyyəsinə (8,6 - 9 milyard kubmetr) gələn il nail olunacaq.

"Cənubi Qafqaz" boru kəməri vasitəsilə Türkiyə və Gürcüstana qaz nəql olunub. Yay ərzində Azərbaycan "Şahdəniz" yatağından qaz əldə etməyib.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti