...

RF və Türkmənistan prezidentləri Moskvada iqtisadi və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Energetika Materials 28 Noyabr 2009 17:07 (UTC +04:00)
RF və Türkmənistan prezidentləri Dmitri Medvedyev və Qurbanqulu Berdiməhəmmədov noyabrın 29-da Moskvada keçiriləcək görüşdə ticari-iqtisadi və yanacaq-energetika sahələrində ikitərəfli qarşılıqlı əməkdaşlıq məsələlərini və beynəlxalq aktual mövzuları müzakirə edəcəklər.
RF və Türkmənistan prezidentləri Moskvada iqtisadi və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

RF və Türkmənistan prezidentləri Dmitri Medvedev və Qurbanqulu Berdiməhəmmədov noyabrın 29-da Moskvada keçiriləcək görüşdə ticari-iqtisadi və yanacaq-energetika sahələrində ikitərəfli qarşılıqlı əməkdaşlıq məsələlərini və beynəlxalq aktual mövzuları müzakirə edəcəklər. Bu barədə RİA Novosti Kremldəki mənbəyə istinadən yazır.

"Danışıqların əsas mövzuları sırasına ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyət məsələsinin də əlavə olunması gözlənilir. Çoxplanlı iqtisadi əməkdaşlığın inkişafı məsələsində irəliləyiş müşahidə olunur. Rusiya Türkmənistanın ticarət tərəfdaşları arasında birinci yeri tutur", - mənbə deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı yanacaq-energetika sahəsinə böyük diqqət ayrılacaq.

Bu sahədə stabillik 2003-cü ildə imzalanan Türkmənistan qazının 2008-ci ilədək Rusiyaya tədarükünü nəzərdə tutan Memorandumdan irəli gəlir", - mənbə qeyd edib.

O bildirib ki, dövlət başçıları həmçinin kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya sahələrində əməkdaşlığın perspektivlərini, istehsal əməkdaşlığının genişləndirilməsini və maşınqayırma məhsullarının tədarük edilməsini nəzərdən keçirəcəklər.

Bundan əlavə, onun sözlərinə görə, prezidentlər beynəlxalq terrorizmlə mübarizə, narkotiklərin qeyri-qanuni daşınması, transmilli mütəşəkkil cinayətkarlıq məsələlərinə dair qlobal və regional səviyyədə fikri mübadiləsi aparacaqlar.

Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyətə, həmçinin MDB çərçivəsində qarşılıqlı fəaliyyətə və "Qafqaz beşliyinə" xüsusi diqqət ayrılacaq.

"Rusiyada əmindirlər ki, Türkmənistan Prezidentinin işguzar səfəri gələcək tərəfdaşlıq əlaqələrinin artırılmasına, istiqamətlərin genişlənməsinə, regional və ölkələrarası munasibətlərin dərinləşməsinə xidmət edəcək", - agentliyin müsahibi qeyd edib.

Xəbər lenti

Xəbər lenti