...

Azərbaycanda xarici neft-logistika şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib

Energetika Materials 3 Dekabr 2009 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend /

Azərbaycanda neft logistikası ilə məşğul olan xarici AET AZERBAIJAN LTD şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin saytının "vahid pəncərə" bölməsində deyilir.

Şirkətin təsisçisi qismində AET INC LIMITED (Bermud) və AET TANKERS PTE LTD (Sinqapur) çıxış edir.

Şirkətin rəsmi nümayəndəsi qismində Faiz Əbdül Rəzzaq (Malaziya) çıxış edir.

Nizamnamə kapitalı - 1000 dollar. Şirkət qeydiyyatdan noyabrın 4-ü keçib.

Xəbər lenti

Xəbər lenti