...

Xəzəryanı ölkələr neft hasilatını 2 faiz artırıb

Energetika Materials 8 Dekabr 2009 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir A.Bədəlova/

2009-cu ilin üç rübü ərzində Xəzəryanı ölkələrin neft hasilatı 2 faiz artaraq sutkada orta hesabla 15,912 milyon barelə çatıb. ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatına əsasən, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində region ölkələrində neft hasilatı sutkada 0,29 milyon barel təşkil edib ki, bu da 2008-ci ilin üç rübü ərzindəki xammal istehsalından artıq olub.

EIA-nın dünya neft bazarı üzrə aylıq məruzəsinə əsasən, sentyabr ayında Xəzəryanı ölkələrdə xammal hasilatı sutkada 4,043 milyon barel olub ki, bu da 2008-ci ilin sentyabr ayında 3,895 milyon barel təşkil edib.

EIA-nın qiymətləndirməsinə görə, Azərbaycanda 6 ayın yekunu üzrə neft hasilatı sutkada 1,008 milyon barel, İranda 4,026 milyon barel, Qazaxıstanda 1,429 milyon barel, Rusiyada isə 9,449 milyon barel təşkil edib.

BP-nin məlumatına görə, Xəzəryanı ölkələrin təsdiq edilmiş neft ehtiyatları 2009-cu il yanvar ayının 1-nə 264 milyard barel təşkil edir. Onlardan 7 milyard barel Azərbaycanın, 39,8 milyard barel Qazaxıstanın, 79 milyard barel Rusiyanın, 137,6 milyard barel İranın, 0,6 milyard barel isə Türkmənistanın payına düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti