...

Batumi terminalı şəxsi investisiyalarının həcmini açıqlayıb

Energetika Materials 9 Yanvar 2010 14:43 (UTC +04:00)
2009-cu ildə "Batumi Neft Terminalı" MMC şəxsi infrastrukturun inkişafına 5,6 milyon dollardan artıq vəsait qoyub.
Batumi terminalı şəxsi investisiyalarının həcmini açıqlayıb

Azərbaycan, Bakı, 09 yanvar / Trend /

2009-cu ildə "Batumi Neft Terminalı" MMC şəxsi infrastrukturun inkişafına 5,6 milyon dollardan artıq vəsait qoyub. Bu barədə terminaldan yayılan məlumatda deyilir.

Məlumatda deyilir ki, vəsaitin böyük hissəsi ekoloji layihələrə və bir neçə onillikər ərzində terminalda toplanan çirklənmələrin aradan qaldırılmasına xərclənib.

2008-ci ilin fevral ayında "QazMunayQaz" SC MŞ-nin törəmə şirkəti olan "QazTransOyl" SC Batumi Neft Terminalını və Petrotrans Forvardinq şirkətini, həmçinin Batumi dəniz limanının uzunmüddətli idarə hüququnu əldə edib. 2008-ci ilin fevral ayından 2010-cu il yanvar ayının 1-nə Batumi Neft Terminalı və Batumi dəniz limanı Batumi aktivlərinin inkişafına 23 milyon dollardan artıq vəsait qoyub və podratçılar da daxil olmaqla, 3500 nəfəri iş yerləri ilə təmin edib.

Hazırda neft terminalında ətraf mühitin mühafizəsi üzrə müfəttişlik tərəfindən yoxlama aparılır. Əvvəllər terminal 2009-cu il fevraln 3-də Təbii Ehtiyatlar və Ətraf Mühitin Mühafizəsi Nazirliyindən ətraf mühitə təsirə dair icazə almışdı.

Nazirlik dövri olaraq yoxlamalar aparır ki, bu da icazənin şərtlərinə tam cavab verir. Terminalda həmçinin  üçüncü tərəf kimi BP, ExxonMobil, Chevron, TengizChevrOil, Shell, SEACOR şirkətləri tərəfindən audit aparılır.

Xəbər lenti

Xəbər lenti