...

ABŞ Azərbaycanda neft hasilatının 6 faizdən çox artacağını proqnozlaşdırır

Energetika Materials 13 Yanvar 2010 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir A.Bədəlova/

ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) 2011-cu ildə Azərbaycanda neft hasilatının sutkada 1,21 milyon barelədək artacağını proqnozlaşdırılır. 2010-cu ildə bu göstərici sutkada 1,14 milyon barel təşkil edib.

2011-ci ildə Azərbaycanda ən çox neft hasilatı 2-ci rübdə sutkada 1,22 milyon səviyyəsində müşahidə ediləcək. Gələn ilin birinci rübündə ölkədə neft hasilatı sutkada 1,21 milyon marel, 3-cü rübdə 1,2 milyon barel, 4-cü rübdə isə 1,18 milyon barel təşkil edəcək.

EIA-nın proqnozlarına görə, keçmiş Sovet İttifaqı ölkələrinin neft tədarükü həcmi 2010-cu ildə sutkada 13,18 milyon barel, 2011-ci ildə isə sutkada 13,14 milyon barel təşkil edəcək.

EIA-nın proqnozlarına əsasən, 2010-cu ildə bu ölkələrin neft hasilatının ümumi həcmindən 1,65 milyon barel, 2011-ci ildə isə 1,71 milyon barel Qazaxıstanın payına düşür. 2010-cu ildə Türkmənistanın tədarük həcmi sutkada 0,2 milyon kubmetr təşkil edəcək. Proqnozlara görə, 2010-cu ildə tədarük həcmi sutkada 0,21 milyon barelədək artırılacaq.

2010-cu ildə OPEK-ə daxil olmayan ölkələrin neft hasilatının ümumi həcmi sutkada 0,42 milyon barel artaraq sutkada 50,71 milyon barelə çatacaq. EIA 2011-ci ildə bu ölkələrin neft tədarükünün ümumi həcminin sutkada 50,57 milyon barelədək azalacağını proqnozlaşdırır.

EIA-nın proqnozlarına görə, OPEK-in neft hasilatı 2010-cu ildə sutkada 29,49 milyon barel, 2011-ci ildə isə sutkada 30,02 milyon barel təşkil edəcək.

EIA 1977-ci ildə Konqres tərəfindən yaradılıb və ABŞ-ın energetika üzrə statistika agentliyidir.

Xəbər lenti

Xəbər lenti