...

Gürcüstanın Supsa limanından Azərbaycan neftinin nəqli yeddi dəfə artıb

Energetika Materials 27 Yanvar 2010 13:26 (UTC +04:00)
2009-cu ildə Gürcüstanın Qara dənizdəki Supsa limanından "Azəri-Çıraq-Günəşli" yatağı blokundan hasil olunan 4,2 milyon ton yüngül Azərbaycan nefti nəql edilib. Bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda deyilir.

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir E.İsmayılov/

2009-cu ildə Gürcüstanın Qaradənizdəki Supsa limanından "Azəri-Çıraq-Günəşli" yatağı blokundan hasil olunan 4,2 milyon ton yüngül Azərbaycan nefti nəql edilib. Bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda deyilir.

Gürcüstan hökumətinin məlumatına görə, 2008-ci ildə Supsa limanından cəmi 0,6 milyon ton neft nəql edilib. Bu boru kəməri vasitəsilə neft nəqli 2008-ci il noyabrın əvvəllərində bərpa edilib.

Boru kəməri 2006-cı ilin sonunda təmirə dayandırılıb. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da, gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb.

Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.

ARDNŞ 2009-cu ildə Bakı-Supsa boru kəməri vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən 2,8 milyon tona yaxın yüngül Azərbaycan nefti ixrac edib. 2008-ci ildə bu göstərici 407,1 min ton olub. Limandan nəql edilən neftin qalan hissəsi xarici şirkətlər konsorsiumu iştirakçılarının payına düşür.

Xəbər lenti

Xəbər lenti