...

"Azərenerji" 2009-cu ildə dövlət büdcəsinə 130 milyon manat ödəyib

Energetika Materials 17 Fevral 2010 17:10 (UTC +04:00)
"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin paylanması və satışı) 2009-cu ildə dövlət büdcəsinə 130 milyon manat ödəyib. Bu barədə ASC-nin çərşənbə günü yayılan məlumatında bildirir.
"Azərenerji" 2009-cu ildə dövlət büdcəsinə 130 milyon manat ödəyib

Azərbaycan, Bakı, 17 fevral / Trend /

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin paylanması və satışı) 2009-cu ildə dövlət büdcəsinə 130 milyon manat ödəyib. Bu barədə ASC-nin çərşənbə günü yayılan məlumatında bildirir.

ASC 2010-cu ilin yanvar ayında dövlət büdcəsinə 8,9 milyon manat ödəyib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisi ilə eynidir.

Azerenerji 2008-ci ildəki 21,2 milyon kilovat-saat elektrik enerjisinə nisbətdə ötən il 18,6 milyon kilovat-saat enerji istehsal edib. Ötən il ASC-də istehsal olunan elektrik enerjisinin ümumi həcminin 16,3 milyard kilovat-saatı İES-in payına düşür, SES-in payına isə təxminən 2,3 milyard kilovat-saat enerji düşür.

Xəbər lenti

Xəbər lenti