...

2015-ci ilə kimi Azərbaycanda neft hasilatı 60 mln. tonadək artacaq

Energetika Materials 25 Fevral 2010 12:09 (UTC +04:00)
2015-cu ilə kimi Azərbaycanda neft hasilatı ildə 60 milyon tona, qaz isə 35-40 milyard kubmetrə çatacaq. Bu barədə cümə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev "Neft-qaz hasilatında yeni texnologiyalar" mövzusunda elmi-praktik konfransda bildirib.
2015-ci ilə kimi Azərbaycanda neft hasilatı 60 mln. tonadək artacaq

Azərbaycan, Bakı, 25 fevral / Trend , A.Bədəlova, E.İsmayılov/

2015-cu ilə kimi Azərbaycanda neft hasilatı ildə 60 milyon tona, qaz isə 35-40 milyard kubmetrə çatacaq. Bu barədə cümə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev "Neft-qaz hasilatında yeni texnologiyalar" mövzusunda elmi-praktik konfransda bildirib.

Abdullayevin sözlərinə görə, ötən il Azərbaycanda 50,4 milyon ton neft hasil edilib ki, bu da 2008-ci ilin göstəricisindən altı milyon ton çoxdur. 2009-cu ildə hasilatın həcmi 23,7 milyard kubmetr təşkil edib ki, bu da ondan əvvəlki ilin göstəricisindən 286 milyon kubmetr çoxdur.

Hazırda Azərbaycan öz qazının dünya bazarına uğurla ixracını həyata keçirir.

""Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsinə dair proqrama əsasən, bu layihə üzrə işlər yeni mərhələyə qədəm qoyur", - Abdullayev deyib. Hazırda Chirag oil project-in reallaşmasına hazırlıq gedir. Layihə yataqlarda neft hasilatının artırılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti