...

Amerika Türkmənistan ilə konstruktiv dialoqun fəallaşmasını istəyir - ABŞ-ın enerji üzrə xüsusi nümayəndəsi

Energetika Materials 4 Mart 2010 12:31 (UTC +04:00)
ABŞ Türkmənistanla konstruktiv dialoqun fəallaşmasına böyük önəm verir. Bunu ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib.
Amerika Türkmənistan ilə konstruktiv dialoqun fəallaşmasını istəyir - ABŞ-ın enerji üzrə xüsusi nümayəndəsi

Türkmənistan, Aşqabad, 4 mart / Trend , H.Həsənov/

ABŞ Türkmənistanla konstruktiv dialoqun fəallaşmasına böyük önəm verir. Bunu ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib.

Türkmənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu barədə o, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə görüşündə bildirib.

Amerikalı diplomat həmçinin "iri dünya şirkətlərinin, o cümlədən Amerika şirkətlərinin Türkmənistan tərəfi ilə neft-qaz sektorunda işgüzar əlaqələrin intensivləşdirilməsinə artan marağını" qeyd edib.

Öz növbəsində Türkmənistan rəhbəri diqqəti öz ölkəsinin milli iqtisadi maraqlara və bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığına yönəldib.

"Yerli YEK-in modernləşdirilməsi və inkişaf strategiyası bu məqsədə yönəlib. Bunun əsas istiqamətlərindən biri Türkmənistan enerjidaşıyıcılarının ixrac marşrutlarının diversifikasiyasıdır", - o deyib.

Onun sözlərinə görə, ABŞ ilə münasibətlər "uğurlu qarşılıqlı fəaliyyət üçün sanballı təcrübəyə və geniş perspektivlərə malik olan qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə cəhdlərə əsaslanaraq keyfiyyətcə yeni səviyyəyə keçir".

Türkmənistan hökuməti ilə danışıqları Amerikanın Chevron, ExxonMobil, SouthOil, Midland Oil & Gas, Conoco Phillips və digər neft-qaz şirkətləri aparır.

Xəbər lenti

Xəbər lenti