...

"Azərenerji" SC Azərbaycan regionlarının enerji təhlükəsizliyinin təminatı üzrə iş aparır

Energetika Materials 15 Mart 2010 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart / Trend /

Avropada ilk açıq tipli elektrik stansiyası - "Şirvan" istilik elektrik stansiyası yanvar-fevral aylarında proqnozlaşdırılan 512 milyon kilovat-saat elektrik enerjisinə nisbətdə 526,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" ASC-nin (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) yaydığı məlumatda deyilir.

Fevralda stansiya tərəfindən 261,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da proqnozlaşdırılan həcmdən 11,1 milyon kilovat-saat çoxdur.

İES hər biri 150 meqavat gücə malik yeddi enerji blokundan ibarətdir. Respublikada istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 15 faiz bu stansiyanın payına düşür.

Milli elektrik enerjisi sistemində təhlükəsizliyin təminatı məqsədilə hazırda Şirvan şəhərində 780 meqavat gücündə yeni "Cənub" elektrik stansiyası tikilir. Yeni stansiyada yeni texnologiyalar tətbiq olunacaq. Bunun hesabına stansiya iki növ yanacaq - mazut və qazla işləyəcək.

Yeni enerji obyekti istismara verildikdən sonra Abşeron yarımadası və respublikanın cənub regionunun enerji təhlükəsizliyi artacaq, həmçinin, enerjiötürücü və paylayıcı şəbəkələrin iş qabiliyyəti yaxşılaşacaq. Hazırda tikinti işləri qrafikəuyğun davam edir.

Xəbər lenti

Xəbər lenti