...

ARDNŞ və Bakı Dövlət Universiteti yeni qazma texnologiyaları hazırlayıblar

Energetika Materials 15 Mart 2010 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mütəxəssisləri Bakı Dövlət Universitetinin alimləri ilə birgə dünya qazma təcrübəsində ilk dəfə olaraq "Nanoneft" və "Nanobitum" sənaye sistemlərini tətbiq ediblər. Bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda bildirilir.

Bu texnologiyaların istifadəsində əsas məqsəd qazma prosesində məhsuldar kəsiklərin kollektorlarının məsamə və keçiriciliyinin qorunmasına nail olmaq, bununla da mənimsəmə dövründə quyunun istismara qısa müddətdə təhvil verilməsini təmin etməkdir.

Təklif olunan nanosistemlər qazma məhlulunun şərti, plastik, effektiv özəlliklərini, statik və dinamik sürüşmə gərginliklərini, su verilişini tənzimləmək imkanlarını yaxşılaşdırır. Nəticədə, qazma məhlulunun gil qabığının sürtünmə əmsalı 3,5-1,5 dəfə azalır, bununla da qazma aləti və kəmərinin quyu lüləsində səlis hərəkətinə imkan yaranır.

Yeni sistemlər "Bibiheybətneft", "Balaxanı" neft-qaz çıxarma idarələrinin quyularında, həmçinin, "Bəyimdağ-Təkçay" sahəsində tətbiq olunub. Nəticədə, kimyəvi reagentlərin sərfinin azaldılması, eyni zamanda, mexaniki qazma sürətinin artırılması hesabına iqtisadi səmərə əldə olunub.

Xəbər lenti

Xəbər lenti