...

2009-cu ildə Azərbaycan təbii qaz ixracını 23%-dən çox artırıb

Energetika Materials 31 Mart 2010 14:50 (UTC +04:00)
2009-cu ildə Azərbaycandan 19,1 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib ki, bu da ölkənin ümumi ixracının 90,7 %-ni təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan ödəmə balansında deyilir.

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir İ.Xəlilova/

2009-cu ildə Azərbaycandan 19,1 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib ki, bu da ölkənin ümumi ixracının 90,7 %-ni təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan ödəmə balansında deyilir.

Hesabatda qeyd edilir ki, 2008-ci illə müqayisədə neft məhsulları ixracının 32,8 % azalmasına baxmayaraq, ixrac əməliyyatlarnda neft sektorunun məhsulları dominant mövqeyini qoruyub- saxlayıb. Lakin təbii qaz ixracı 23,4 % artaraq 832 milyon dollara çatıb.

Ümumi neft ixracı həcmindən 1195,7 milyon dolları neft emalı məhsullarının payına düşür. Xammal şəklində isə ölkədən 17,9 milyard dollarlıq ixrac edilib. Azərbaycan Beynəlxalq Əməliyyat Konsorsiumu tərəfindən 16,8 milyard dollarlıq xam neft ixrac olunub. Qalan 1,1 milyard dollarlıq məhsulları isə xaricə digər müəssisələr ixrac edib. Həmçinin, "Şahdəniz" yatağından 200,7 milyon dollarlıq qaz kondensatı daşınıb.

Hesabat dövrü ərzində qeyri-neft sektorunun payına düşən ixrac mallarının ümumi dəyəri 1127,3 milyon dollara çatıb.

Ötən ilin yekunlarına görə, ixracın ümumi həcmi 21,1 milyard dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti