Aərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.İsmayılov/
Bakıda aprelin 5-6-da Azərbaycanın Sənaye və Energetika Nazirliyində bərpa olunan və alternativ enerji mənbələri üzrə beynəlxalq konfrans keçiriləcək. Bu barədə şənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.
Onun sözlərinə görə, konfransda alternativ və bərpa olan enerji mənbələrinə, xüsusilə də Azərbaycanda alternativ enerji mənbələrinin tətbiq edilməsi imkanları və potensialı, həmçinin onlardan istifadə qaydalarına aid məsələlər müzakirə ediləcək və məruzələr dinləniləcək.
"Azərbaycanın energetika naziri Natiq Əliyevin sədrlik edəcəyi konfransda Ümumdünya Alternativ Enerji Şurasının rəhbəri, həmçinin Alternativ enerji mənbələri üzrə Ümumdünya Agentliyinin yaradılmasının təşəbbüskarı olan German Şeer də iştirak edəcək", - Mənsimli deyib.