Azərbaycan, Bakı, 21 aprel /Trend/
2009-cu ildə Azərbaycanda 50,9 milyon ton neft hasil edilib ki, bunun da 44,3 milyon tonu ixrac olunub. Bu barədə ARDNŞ-in çərşənbə günü yaydığı məlumatda deyilir. Qalan 6,09 milyon ton emala göndərilib.
Ötən il Azərbaycandan ixrac olunmuş neftin ümumi həcmindən 29,9 milyon ton ARDNŞ-in payına düşüb. Qalan 14,4 milyon ton ölkənin neft sektorunda təmsil olunan xarici şirkətlər (BP, "Exxon", "Chevron", "Statoil", TPAO, "İtochu", "İnpex", "Total", "Lukoyl", "Hess") tərəfindən ixrac edilib.
2009-cu ildə ARDNŞ İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya daxil olmaqla, dünyanın 24 ölkəsinə neft ixrac edib.