...

Azərbaycanın yüngül neftinin qiyməti 85 dolları ötüb

Energetika Materials 5 May 2010 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın yüngül neftinin qiyməti mayın 4-də CIF liman Augusta şərtləri ilə $86,52/barel təşkil edib. Bu barədə 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü yayılan məlumatında deyilir.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 4-də $85,59/barel təşkil edib.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 4-də $80,6/barel təşkil edib.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti mayın 4-də $84,84/barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti