...

Azərbaycan və İsveçrə energetika sahəsində uğurlar əldə ediblər - energetika üzrə federal ofisin direktoru Valter Steyman

Energetika Materials 12 May 2010 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və İsveçrə enegetika sektorunda ixracatın təhlükəsizliyinə dair qarşılıqlı anlaşma haqqında 2007-ci ildə imzalanmış memorandum çərçivəsində uğurlar əldə ediblər. Bu sözləri çərşənbə günü Bakıda İsveçrənin energetika üzrə federal ofisin direktoru Valter Steynman deyib.

"Üç il bundan əvvəl biz energetika sektorunda ixracatın təhlükəsizliyinə dair ikitərəfli razılaşma imzaladıq. Hazırda, 3 il keçəndən sonra, bu dövr ərzində nələrin baş verməsinə və uğurların olub-olmamasına baxmağın vaxtı çatıb. Bəli, uğurlar var. Dövrü nəzərdən keçirəndə biz gördük ki, bu memorandum çərçivəsində çox yaxşı əlaqələr yaradılıb", - Steynman deyib.

Onun sözlərinə görə, 2007-ci ildə Azərbaycan nefti İsveçrəyə ixrac olunmasa da, artıq 2008-ci ildə Azərbaycandan İsveçrəyə ixrac olunan neftin həcmi bu ölkə tərəfindən ixrac olunan neftin ümumi həcminin 2,6 faizini təşkil edib. 2009-cu ildə bu göstərici 20% təşkil edib. Təkcə 2010-cu ilin yanvarında Azərbaycan nefti İsveçrənin idxal etdiyi neftin ümumi həcminin 39%-ni təşkil edib.

Qaz sektorunda Transadriatik qaz kəməri layihəsi (TAP)ətrafında yaranan vəziyyətin nizamlanması üzrə gələcək tədbirlər həyata keçirilir.

"Mən əminəm ki, TAP həyata keçirilməsi Azərbaycan üçün də maraqlı olan layihələrdən biridir", - Steynman deyib.

Onun fikrincə, TAP layihəsinin həyata keçirilməsinin irəliləməsi üçün, ilk növbədə, Türkiyə ilə Azərbaycan arasında razılıq vacibdir. İkincisi, bu layihənin iri Avropa dövlətlərinin böyük dəstəyinə ehtiyacı var. "Ona görə də mən hesab edirəm ki, başqa ölkələrdə olan "oyunçu"larla birgə iş TAP-ın irəliləməsinin ən yaxşı üsuludur və yalnız bundan sonra, qaz kəməri üçün qazın lazımi həcminin olub-olmaması məsələsi yaranacaq", - Steyman deyib.

Onun sözlərinə görə, ötən ilin noyabrında Türkiyə ilə İsveçrə arasında da qarşılıqlı anlaşmaya dair memorandum imzalanıb. Türkiyə ərazisindən qazın tranziti memorandumun bir hissəsidir.

Hazırda enerji təhlükəsizliyinin təmin olunması məqsədilə Avropa qaz ixracını diversifikasiya etməyə çalışır. Enerjidaşıyıcıları, xüsusilə də qaz anbarları rezervlərinin yaradılmasına dair işlər aparılır.

Xəbər lenti

Xəbər lenti