...

Azərbaycan neftinin qiymətləri mayın 12-də azalıb

Energetika Materials 13 May 2010 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın yüngül neftinin qiyməti mayın 12-də CIF liman Augusta şərtləri ilə $80,79/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, cərşənbə günü neftin qiyməti cərşənbə axşamına nisbətən $0,19/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 12-də $79,24/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,8/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 12-də $75,69/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,13/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti mayın 12-də $78,8 /barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,42/barel azdır.

Xəbər lenti

Xəbər lenti