...

ARDNŞ Xəzərdə 4 yeni quyunu istismara verməyə hazırlaşır

Energetika Materials 15 May 2010 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın "Neft Daşları" dəniz yatağında "Neft Daşları-2415" platformasında 4 quyunu istismara verməyə hazırlaşır. Bu barədə şirkətin məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, hazırda quyularda onların mənimsənilməsi üzrə yekun işlər aparılır.

Həmçinin, ARDNŞ həmin platformada bir yeni quyu istismara verib. Bu quyuda 1855-1831 metr dərinlikdən sutkada 14 ton neft çıxarılır.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin əvvəlcə dediyi kimi, "Neft Daşları" neft-qaz yatağının çıxarılan qalıq ehtiyatları 182 milyon ton neftdən çoxdur. Bu yatağın geoloji ehtiyatlarının həcmi 365 milyon tondur. Mənimsənilmə layihəsinə uyğun olaraq "Neft Daşları" yatağının işlənməsi 2035-ci ildə yekunlaşmalıdır.

Xəbər lenti

Xəbər lenti