...

Mayın 1-15-nə İranda qaz və əsas neft məhsullarının istehlakı

Energetika Materials 18 May 2010 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir T.Cəfərov/

May ayının birinci yarısında İranda etilləşdirilməmiş benzinin istehlak həcmi 890 401 kubmetr təşkil edib. Bu barədə İranın Neft məhsullarının yayılması üzrə Milli Şirkətinin məlumatında deyilir.

Bu dövr ərzində 40 800 kubmetr Super markalı benzin istehlak olunub. Kerosinin istehlak həcmi 153 046 kubmetr, dizel yanacağının istehlak həcmi 679 203 kubmetr, qazoylun istehlak həcmi isə 1 409 419 kubmetr təşkil edib.

Mayın birinci yarısında İranda əhali, sənaye müəssisələri, ticarət obyektləri və elektrik stansiyaları tərəfindən istehlak olunan qazın həcmi ötən ilin analoji dövründə qeydə alınan 5,1 milyard kubmetrlə müqayisədə 5,4 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti