...

Kürün daşması "Astara-Qazıməhəmməd" qaz kəmərində qəzaya səbəb olub

Energetika Materials 24 May 2010 21:02 (UTC +04:00)
Kürün daşması səbəbindən "Astara-Qazıməhəmməd" qaz kəmərində yaranan güclü qaz sızması nəticəsində fövqəladə tədbir kimi Azərbaycanın Sabirabad, Saatlı və İmişli rayonlarına qazın verilməsi dayandırılıb.
Kürün daşması "Astara-Qazıməhəmməd" qaz kəmərində qəzaya səbəb olub

Azərbaycan, Bakı, 24 may /Trend/

Kürün daşması səbəbindən "Astara-Qazıməhəmməd" qaz kəmərində yaranan güclü qaz sızması nəticəsində fövqəladə tədbir kimi Azərbaycanın Sabirabad, Saatlı və İmişli rayonlarına qazın verilməsi dayandırılıb. Bu barədə bazar ertəsi ARDNŞ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Bu rayonlara qazın verilməsi təbii fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra başlanacaq.

Son günlərdə Kür çayının öz məcrasından çıxması və aramsız yağışların yağması nəticəsində Azərbaycanın 40 rayonunun ərazisində daşqınlar qeydə alınıb. Təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2000 ev qəza vəziyyətindədir, 50 min hektar əkin sahəsini su basıb.

Xəbər lenti

Xəbər lenti