...

Böyük Britaniyanın "Diplomat" jurnalının iyun sayında Azərbaycanın enerji siyasətinə həsr edilmiş geniş məqalə dərc olunub

Energetika Materials 2 İyun 2010 20:39 (UTC +04:00)
Böyük Britaniyada nəşr edilən və bu ölkədə fəaliyyət göstərən diplomatik missiyalar başda olmaqla, siyasi dairələr və qurumlar arasında yayılan nüfuzlu "Diplomat" jurnalının iyun sayında Azərbaycanın enerji siyasətinə həsr edilmiş geniş məqalə dərc edilib.
Böyük Britaniyanın "Diplomat" jurnalının iyun sayında Azərbaycanın enerji siyasətinə həsr edilmiş geniş məqalə dərc olunub

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Böyük Britaniyada nəşr edilən və bu ölkədə fəaliyyət göstərən diplomatik missiyalar başda olmaqla, siyasi dairələr və qurumlar arasında yayılan nüfuzlu "Diplomat" jurnalının iyun sayında Azərbaycanın enerji siyasətinə həsr edilmiş geniş məqalə dərc edilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatında deyilir.

"Azərbaycanın enerji siyasətinə ümumi baxış" adlanan məqalədə müəllif ölkəmizin ən qədim neft-qaz çıxarılan ölkələrdən olduğunu vurğulamaqla, bu sahə ilə bağlı bir çox yeniliklərin məhz XIX əsrin sonları və ötən əsrin əvvəllərində Azərbaycanda tətbiq edilməsi faktını nəzərə çatdırır. Xüsusilə, birinci neft bumu zamanı Abşeron yarımadasında neft-qaz infrastrukturunun formalaşdırılmasına başlandığı və Bakının həmin dövrdə dünyada neft istehsalının həcminə görə birinci yerə çıxdığı diqqətə çatdırılır.

Bundan əlavə, ötən əsrin ortalarından etibarən zəngin hidroenerji resurslarına malik Azərbaycanın yenidən dünyanın enerji gündəmində öz yerini aldığı və Bakı-Tbilisi-CeyhanBakı-Tbilisi-Ərzurum kimi regional əhəmiyyətli kəmərlərin işə salınması ilə ölkənin Avropanın enerji təchizatında getdikcə öz çəkisini artırdığı vurğulanır. Müəllif həmçinin məqalədə neft gəlirlərinin idarəolunması sahəsində yaradılmış səmərəli sistem və Dövlət Neft Fondu timsalında əldə edilmiş uğurların ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də tanındığı qeyd edir.

Ölkənin gələcək enerji potensialına toxunan müəllif hesab edir ki, şaxələndirilmiş enerji ixrac infrastrukturunun və zəngin enerji ehtiyatlarının mövcudluğu gələcəkdə də ölkəyə bu istiqamətdə öz imkanlarını genişləndirməyə imkan yaradır. Məqalədə həmçinin Azərbaycannın ənənəvi enerji resursları ilə yanaşı, hidro, günəş, külək kimi yenilənən enerji ilə də zəngin olduğu və ölkədə artıq mövcud ehtiyatlardan istifadə istiqamətində ayrıca dövlət agentliyinin təsis edildiyi nəzərə çatdırılır.

Xəbər lenti

Xəbər lenti