...

"Edison" "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazına maraq göstərir

Energetika Materials 4 İyun 2010 12:14 (UTC +04:00)
İtaliyanın "Edison" şirkəti "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən Azərbaycan qazının Cənubi Avropa regionu və İtaliya bazarlarında satışına maraq göstərir. Bu barədə "Edison" şirkətinin vitse-prezidenti Roberto Poti ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə Bakıda keçirilən görüşdə bildirib. Edison Türkiyə - Yunanıstan - İtaliya qaz kəməri layihəsinin (ITGI) iştirakçılarından biridir.
"Edison"  "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazına maraq göstərir

Azərbaycan, Bakı, 4 iyun /Trend/

İtaliyanın "Edison" şirkəti "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən Azərbaycan qazının Cənubi Avropa regionu və İtaliya bazarlarında satışına maraq göstərir. Bu barədə "Edison" şirkətinin vitse-prezidenti Roberto Poti ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə Bakıda keçirilən görüşdə bildirib. Edison Türkiyə - Yunanıstan - İtaliya qaz kəməri layihəsinin (ITGI) iştirakçılarından biridir.

Onun sözlərinə görə, bu layihə ARDNŞ-ə və onun "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşlarına təqdim olunub, bu məsələ ilə bağlı səmərəli danışıqlar aprılıb.

Görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycan Xəzər dənizi akvatoriyasından hasil olunan qazın Avropa İttifaqını nəzərdə tutan "Cənub dəhlizi" ideyasını dəstəkləyir və bu dəhlizə daxil olan ixrac boru kəmələrinin bütün layihələrini diqqətlə nəzərdən keçirir.

"Cənub dəhlizi"nə "Nabucco", ITGI, Transadriatik qaz kəməri (TAQK) və "Bəyaz axın" layihələri daxildir.

Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlini nəzərdə tutan ITGI nəqliyyat dəhlizinə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITG (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI layihələri daxildir. Yunanıstan - İtaliya birləşdirici boru kəməri qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasitəsilə İtaliya və Qərbi Avropaya nəql etməyə imkan verəcək. ITGI-nin ötürmə gücü ildə 12 milyard kubmetr səviyyəsində planlaşdırılır.

ITGI boru kəməri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə (mövcud Bakı-Tbilisi-Ərzurum boru kəməri) Yunanıstana, sonra isə İtaliyaya keçəcək.

Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlini nəzərdə tutan ITGI nəqliyyat dəhlizinə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITG (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI layihələri daxildir. Yunanıstan-İtaliya birləşdirici boru kəməri qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasitəsilə İtaliya və Qərbi Avropaya nəql etməyə imkan verəcək. ITGI-nin ötürmə gücü ildə 12 milyard kubmetr səviyyəsində planlaşdırılır.

ITGI boru kəməri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə (mövcud Bakı-Tbilisi-Ərzurum boru kəməri) Yunanıstana, sonra isə İtaliyaya keçəcək.

Yunanıstan və İtaliya arasında Adriatik dənizinin dibi ilə qaz kəməri sahəsinin inşasına görə İtaliyanın "Edison" şirkəti məsuldur. Tikinti 2012-ci ilədək başa çatdırıla bilər.

Xəbər lenti

Xəbər lenti