...

ARDNŞ-in Ekologiya İdarəsi "Təmiz Şəhər" ASC tərəfindən elan edilmiş tenderin qalibi olub

Energetika Materials 16 İyun 2010 15:08 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycanın Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Təmiz Şəhər" ASC tərəfindən məişət tullantılarının utilizasiyası və onların analizi barədə Balaxanı şəhər poliqonunun müəyyən nöqtələrində nümunələrin alınması üzrə elan edilmiş tenderin qalibi olub, - idarənin məlumatında deyilir.
ARDNŞ-in Ekologiya İdarəsi  "Təmiz Şəhər" ASC tərəfindən elan edilmiş tenderin qalibi olub

Аzərbaycan, Bakı, 16 iyun /Trend/

ARDNŞ-in (Azərbaycanın Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi  "Təmiz Şəhər" ASC tərəfindən məişət tullantılarının utilizasiyası və onların analizi barədə Balaxanı şəhər poliqonunun müəyyən nöqtələrində nümunələrin alınması üzrə elan edilmiş tenderin qalibi olub, - idarənin məlumatında deyilir.

Bağlanmış müqavilə çərçivəsində Ekoloji Monitorinq Departamenti işlərin illik planı və monitorinqlərin nəticələrinə uyğun olaraq, iyulun ortalarında tullantıların utilizasiyası üzrə Balaxanı şəhər poliqonunda ekoloji araşdırmaların aparılmasına başlayacaq.

Mövcud standartlara uyğun olaraq, ekoloji monitorinq üzrə işlərin aparılması sifarişinə əsasən, torpaq, su və hava nümunələri alınacaq. Kompleks tədqiqatlar laboratoriyasında çirklənmiş cisimlərin, keyfiyyətli göstəricilərin və digər parametrlərin analizləri aparılacaq.

Xəbər lenti

Xəbər lenti