...

"Nabucco" layihəyə bazarda olan marağı bəyənir

Energetika Materials 6 İyul 2010 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Bədəlova/

Xəzər dənizindən Yaxın Şərqə və Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutan "Nabucco" Qaz Layihəsi Kosorsiumu bu layihəyə bazarda olan marağı bəyənir. Hazırda altı səhmdara malik konsorsium layihəsi yeddinci əməkdaş üçün açıqdır. Bu barədə Trend-ə elektron poçtla "Nabucco"nun rəsmi nümayəndəsi Kristian Dolezal (Christian Dolezal) deyib.

"Şirkət həmişə bəyan edib ki, yeddinci tərəfdaşın qoşulması üçün "Nabucco" Konsorsiumu açıqdır, amma bir şərtlə ki, gələcəkdə layihəni möhkəmləndirsin", - Dolezal qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, yeddinci tərəfdaşın qoşulması barədə qərar layihənin səhmdarları tərəfindən qəbul edilməlidir.

Son vaxtlar "Nabucco" layihəsində iştiraka maraq müxtəlif şirkətlər tərəfindən artıb. Ötən həftə KİV Əbu-Dabi "International Petroleum Investment Company (IPIC)" Dövlət Fondunun 2010-cu ilin sonunadək layihədə səhm paketi əldə etməkdə maraqlı olduğu barədə məlumat yayıb. Əbu-Dabi Milli Neft Şirkətinin törəmə şirkəti olan IPIC ölkənin neft və kimya sektorunda bütün xarici sərmayələrə görə cavabdehdir.

Əbu-Dabi Milli Neft Şirkətinin törəmə şirkəti olan IPIC ölkənin neft və kimya sektorunda bütün xarici sərmayələrə görə cavabdehdir.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri layihədə 16,67 faizlik bərabər paya malikdirlər.

Əvvəllər layihədə iştiraka marağnı Fransanın GDF Suez şirkəti də bildirib.

"Nabucco" qaz layihəsinin operatoru olan Avstriyanın OMV şirkəti layihə səhmdarlarının hazırda IPIC-lə konsorsiuma qoşulmaq barədə danışıqların aparıldığını deməyib.

Dəyəri 7,9 milyard avro olan "Nabucco" qaz kəmərinin tikintisi 2011-ci ilə, onun vasitəsilə qazın ilk nəqli 2014-cü ilə nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Qaz kəmərinin tikintisi 2010-cu ilə planlaşdırılıb. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Layihənin dəyəri 7,9 milyard avro təşkil edir. Layihənin ümumi dəyərinin 30 faizi "Nabucco Gas Pipeline International"ın sərmayədarları tərəfindən iştirak payı əsasında, yerdə qalan 70 faiz isə kreditlər hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti