...

BP Azərbaycanda xüsusi öhdəliklərinin icrasını davam etdirəcək – şirkətin prezidenti Toni Heyvord

Energetika Materials 6 İyul 2010 18:10 (UTC +04:00)
Bp şirkəti Azərbaycanda xüsusi öhdəliklərinin uğurlu icrası üzrə fəaliyyətini, ölkə rəhbərliyi və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə əməkdaşlığını davam etdirəcək.
BP Azərbaycanda xüsusi öhdəliklərinin icrasını davam etdirəcək – şirkətin prezidenti Toni Heyvord

Аzərbaycan, Bakı, 6 iyul /Trend/

Bp şirkəti Azərbaycanda xüsusi öhdəliklərinin uğurlu icrası üzrə fəaliyyətini, ölkə rəhbərliyi və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə əməkdaşlığını davam etdirəcək. Bunu Bakıda işgüzar səfərdə olan BP-nin rəhbəri Toni Heyvord Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. Bu barədə şirkətin press-relizində deyilir.

BP rəhbəri bir daha Azərbaycan, region və qlobal enerji bazarı üçün "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" neft-qaz layihələrinin, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz qaz kəməri layihələrinin əhəmiyyətini vurğulayıb.

Heyvord regionun enerji gələcəyi üçün Xəzərdə geoloji kəşfiyyat işlərinin əhəmiyyətini xüsusilə qeyd edib.

Şirkət rəhbəri qeyd edib ki, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi layihəsi BP üçün ən vacib məsələlərdən biri hesab olunur və şirkət layihə operatoru kimi onu sürətlə həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti