...

Azərbaycanda EÖX zonasındakı qanunsuz tikililər söküləcək

Energetika Materials 20 İyul 2010 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda elektrikötürücü xətlərin (EÖX) təhlükəsizliyi zonasında yerləşən 400-500-ə yaxın qanunsuz tikili söküləcək. Bu barədə Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifov çərşənbə axşamı bildirib.

"Buna alternativ yoxdur, çünki bu tikililər ölkənin enerji sisteminin normal fəaliyyət göstərməsinə mane olur və yüksəkgərginlikli elektrikötürücü xətlərinə xidmət prosesini çətinləşdirir", - Yusifov bildirib.

Bundan əvvəl "Azərenerji" SC (Azərbaycanın regionlarında elektrik enerjisinin istehsalı və paylanması) EÖX təhlükəsizliyi zonasındakı qanunsuz tikililərin sayının dəqiqləşdirilməsi üçün monitorinq keçirmişdi.

Bundan əvvəl SC-nin rəhbəri Etibar Pirverdiyev belə qanunsuz binaların sayının minlərlə olduğunu demişdi.

Fevralın əvvəllərində pis hava şəraiti yüksəkgərginlikli elektrikötürücü xətləri ilə elektrik enerjisinin verilməsində problem yaratmışdı. O cümlədən, problem aradan qaldırılarkən ağır texnikadan istifadə olunmasında çətinlik yaranmışdı, çünki oradakı qanunsuz binalara görə qəza yerinə yaxınlaşa bilməmişdi.

Xəbər lenti

Xəbər lenti