...

"Azəri-Çıraq-Günəşli" yataqlarından ilin birinci yarısında 20,2 milyon tondan artıq neft hasil olunub

Energetika Materials 10 Avqust 2010 16:40 (UTC +04:00)
İlin birinci yarısında bp operatoru olduğu "Azəri-Çıraq-Günəşli" yataqları blokundan 20,2 milyon tondan (150 milyon barel) artıq neft hasil edib. Bu barədə bp şirkətinin rəsmi hesabatında deyilir.
"Azəri-Çıraq-Günəşli" yataqlarından ilin birinci yarısında 20,2 milyon tondan artıq neft hasil olunub

Azərbaycan, Bakı, 10 avqust /Trend/

İlin birinci yarısında bp operatoru olduğu "Azəri-Çıraq-Günəşli" yataqları blokundan 20,2 milyon tondan (150 milyon barel) artıq neft hasil edib. Bu barədə bp şirkətinin rəsmi hesabatında deyilir.

Bu il yataqlar blokunda sutkalıq neft hasilatı, orta hesabla , 827,6 min barel təşkil edəcək.

İlin birinci yarısında bu layihə çərçivəsində istismar xərcləri 189,7 milyon dollar, əsaslı xərclər 774 milyon dollar təşkil edir. Proqnozlara görə, AÇG layihəsi üzrə istismar xərcləri 587 milyon dollar, əsaslı xərclər 1, 584 milyon dollar təşkil edəcək.

bp şirkəti 2010-cu ildə AÇG-dən 2009-cu ildəki 40,3 milyon tondan artıq neftə qarşı 42,1 milyon ton neft hasil etmək niyyətindədir. Bu barədə bp şirkətinin rəsmi hesabatında deyilir.

Hazırda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan sutkalıq, təxminən, 854 min barel neft hasil edilir.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: bp (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%), "Hess" (2,7%).

Xəbər lenti

Xəbər lenti