...

Qazaxıstan neftinin "Transxəzər" nəql sistemi 2012-ci ilin sonları - 2013-cü ilin əvvəllərində işə salınacaq – səfir

Energetika Materials 30 Avqust 2010 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust / Trend , müxbir N.İsmayılova/

Azərbaycan ərazisindən Qazaxıstan neftinin "Transxəzər" nəql sistemi "Kaşağan" yatağının mənimsənilməsinə başlanacağı 2012-ci ilin sonları və 2013-cü ilin əvvəllərində işə salınacaq. Bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov bazar ertəsi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Transxəzər sisteminin yaradılması layihəsi hazırda işləyir. Qazaxıstanın "Qazmunayqaz" şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) arasında birgə müəssisə yaradılıb. Onlar müzakirələr aparırlar (texniki-iqtisadi əsaslandırmalar (TİƏ) layihəsinin hazırlanması üzrə şirkət müəyyən edilir)", - Primbetov bildirib.

Səfir deyib ki, 2012-ci ildən sonra böyük fəal işlərə başlanacaq. Çünki "Kaşağan" yatağının sənaye işlənməsinə 2012-ci ilin sonlarında başlanacaq.

Hazırda "Transxəzər" sisteminin TİƏ layihəsinin hazırlanması üzrə podratçının müəyyən edilməsi üzrə tenderə yekun vurulur.

"Transxəzər" sisteminin ilkin daşınma imkanı ildə 23 milyon dollar təşkil edəcək. Bu layihə Azərbaycan və Qazaxıstanda tankerlər və terminallar, həmçinin, birləşdirici boru kəmərlərinin inşasını nəzərdə tutur. Birinci mərhələdə atrıq mövcud terminalların işə salınması mümkündür.

Xəbər lenti

Xəbər lenti