...

ABŞ Azərbaycandan neft idxalını azaldıb

Energetika Materials 31 Avqust 2010 13:15 (UTC +04:00)

Аzərbaycan, Bakı, 31 avqust /Trend, müxbir E İsmayılov/

2010-cu ilin yanvar-iyun aylarında ABŞ Azərbaycandan 2009-cu ilin yanvar-iyun aylarında idxal edilmiş 11,3 milyon barel neftə nisbətdə 10,4 milyon barelə yaxın neft idxal edib. Bu barədə ABŞ Dövlət Enerji İnformasiya İdarəsinin (EIA) məlumatında deyilir.

2009-cu ildə ABŞ Azərbaycandan 2008-ci ildəki 26,8 milyon bareldən artıq neftə nisbətdə 27,5 milyon barel neft idxal edib. 2007-ci ildə bu göstərici 20,6 milyon barel, 2006-cı ildə isə 9,7 milyon barel neft təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu Azərbaycan neftini Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti "Bakı-Supsa" boru kəməri vasitəsilə Gürcüstanın Supsa limanından ixrac olunur.

Neft, həmçinin, dəmiryol vasitəsilə Gürcüstanın Batumi limanından, "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə Novorossiysk limanından ixrac olunur.

Xəbər lenti

Xəbər lenti