Azərbaycan, Bakı, 18 sentyabr/Trend, müxbir E.İsmayılov/
Şənbə günü ARDNŞ rəhbərliyi Mərkəzi Neftçilər Xəstəxanasında iki şöbənin açılışında iştirak edib. Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak edib.
Otolarinqologiya, baş və boğaz cərrahiyyəsinin yeni şöbələri açılıb, eləcə də ginekologiya şöbəsi yenidən qurulub.
Otolarinqologiya şöbəsi səkkiz palata və üç əməliyyat otağının daxil olduğu bir əməliyyat blokundan ibarətdir. Əməliyyat bloku mürəkkəb əməliyyatların aparılmasına imkan verən Almaniya istehsalı olan endoskopik avadanlıqla təchiz olunub.
Ginekologiya şöbəsinin yenidən qurulması üzrə işlər çərçivəsində yeni əməliyyat bloku yaradılıb. Şöbə yeni çoxfunksiyalı çarpayı, televizor və digər zəruri avadanlıqla təchiz edilib.